Azəriqaz: "Çətinliyin aradan qaldırılması üçün ciddi iş aparılır"

   Azəriqaz:    "Çətinliyin aradan qaldırılması üçün ciddi iş aparılır"
  02 Yanvar 2026    Oxunub:1281
"Smart kart tipli bəzi qaz sayğaclarında ödəniş sistemində 2026-ci yanvarın 1-i tarixindən yaranmış problem həmin gün axşam saat 20:00 aradan qaldırılmışdı. Kütləvi əməliyyatlar aparılması zamanı sistem təkrar xətalarla üzləşib".
"Azəriqaz" İB-dən AzVision.az -a verilən məlumata əsasən, təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur:

"Müraciət sayının çox olmasından müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi iş aparırlar".

AzVision.az


Teqlər: Azəriqaz  



Xəbər lenti