Təcili yardımla motosiklet toqquşub, sürücü ölüb

Təcili yardımla motosiklet toqquşub,   sürücü ölüb
  03 Yanvar 2026    Oxunub:1045
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadası yanvarın 3-də, saat 01:00 radələrində Nəsimi rayonunda çağırışa gedərkən yol-nəqliyyat hadisəsi baş verib.
TƏBİB-dən AzVision.az -a verilən məlumata əsasən, hadisə nəticəsində təcili tibbi yardım heyətinin 3 üzvü müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Qəza zamanı motosiklet sürücüsü hadisə yerində həyatını itirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   qəza  



Xəbər lenti