2019-2025-ci illər ərzində icra olunan 5 islahat paketi 4 milyon vətəndaşı əhatə edib
Onun sözlərinə görə, 2019-2025-ci illər ərzində icra olunan 5 islahat paketi 4 milyon vətəndaşı əhatə edib:
"5-ci sosial islahat zərfinin icrası təmin edilib. 2025-ci ildə sosial məsələlərə 1 milyon 400 manat əlavə vəsait cəlb olunub".
Nazir əlavə edib ki, Azərbaycanda geniş sığorta pensiya sistemi fəaliyyət göstərir:
"Bu çərçivədə minimum pensiyaların məbləği 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Həmçinin 1,1 milyon pensiyaçıya 8,1 faiz həcmində artımlarla ödənişlər davam edib. Ötən il pensiya kapitalının indeksasiyası 2,2 faiz həcmində tətbiq edilib. Həmçinin sosial müavinət və təqaüdlər iyulun 1-dən artıb. Bu artımlar 700 minə yaxın şəxsə şamil olunub".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


