DİN: “Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb”

   DİN:    “Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb”
  17 Yanvar 2026    Oxunub:1384
Yanvarın 16-da polis əməkdaşları ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin üstünün açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da ümumi çəkisi 12,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   cinayətlər   saxlanmalar  



Xəbər lenti