Aİ fövqəladə sammit keçirəcək

Aİ fövqəladə sammit keçirəcək
  19 Yanvar 2026    Oxunub:1065
Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə fövqəladə sammitin keçiriləcəyini elan edib.
AzVision.az xəbər verir ki, A.Koşta bu barədə X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, sammitdə ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı hədələrinə Aİ-nin mümkün cavabı müzakirə olunacaq. O, Qrenlandiya ətrafında yaranmış son gərginliklərlə bağlı üzv dövlətlərlə apardığı məsləhətləşmələrin bir sıra əsas məsələlər üzrə vahid mövqeni bir daha təsdiqlədiyini bildirib.

A.Koşta vurğulayıb ki, bu məsələlərə beynəlxalq hüququn prinsiplərinə, ərazi bütövlüyünə və milli suverenliyə hörmət, Danimarka və Qrenlandiyaya dəstək və həmrəylik, Arktikada sülh və təhlükəsizliyin transatlantik məkan üçün ümumi maraq kimi qəbul edilməsi, xüsusilə NATO çərçivəsində əməkdaşlıq daxildir.

Bununla yanaşı, gömrük rüsumlarının transatlantik münasibətlərə mənfi təsir göstərdiyi və Aİ–ABŞ ticarət sazişi ilə ziddiyyət təşkil etdiyi barədə ortaq mövqe ifadə olunub.


Teqlər: Avropa-İttifaqı  



Xəbər lenti