ABŞ Prezidenti: "Tanrı gördüyüm işlərdən razıdır"

 ABŞ Prezidenti:    "Tanrı gördüyüm işlərdən razıdır"
  21 Yanvar 2026    Oxunub:1140
"Tanrı mənim gördüyüm işlərlə fəxr edir".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp andiçməsinin ildönümü münasibətilə Ağ Evdə keçirilən mətbuat konfransında dilə gətirib. O vurğulayıb ki, onun müsibətlərdən qoruduğu insanları başqa prezident qoruya bilməzdi:

"Xristianlar, yəhudilər, öldürülən çoxlu sayda müxtəlif insan ABŞ-nin himayəsi altında idilər. Əminəm ki, bir çox insan da hökumətinin işi ilə fəxr edir, hətta məni bəyənməyənlər də, hakimiyyətimin ilk ilini inanılmaz sayırlar".

Xatırladaq ki, Donald Tramp 2025-ci ilin 20 yanvarında ikinci müddətə prezidentliyə görə and içmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Donald-Tramp  



Xəbər lenti