Qazaxıstan siyasi sistemini dəyişir

   Qazaxıstan siyasi sistemini dəyişir
  21 Yanvar 2026    Oxunub:1719
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev ölkədə böyük siyasi islahatlar prosesinə start verib. Prezidentin təşəbbüsünə görə, parlamentin yuxarı palatası - Senat ləğv olunmalı və birpalatalı parlament sisteminə keçilməlidir.
145 yerdən ibarət “Qurultay” adlanacaq həmin parlamentə deputatlar 5 illik müddətə seçiləcəklər.

Bundan əlavə, islahatlar dövlət müşaviri vəzifəsinin ləğvini nəzərdə tutur. Əvəzində vitse-prezident vəzifəsi təsis olunacaq. Vitse-prezidentin namizədliyini prezident irəli sürəcək, parlament isə təsdiqləyəcək.

İslahatların həyata keçirilməsi üçün Konstitusiyaya 40-a yaxın dəyişiklik etmək lazımdır. Bundan başqa, 60-yaxın qanun dəyişdirilməlidir. Tokayev bu prosesi yeni Konstitusiyanın qəbulu ilə müqayisə edib.

Təşəbbüs bir il ərzində ictimai müzakirə olunacaq. 2027-ci ildə referendumun keçiriləcəyi gözlənilir. Ondan sonra yenidən parlament seçkisi keçirilməlidir.
Qeyd edək ki, Qazaxıstanın hazırkı siyasi sistemində prezidentdən sonra ikinci şəxs Senatın sədridir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Qazaxıstan   Tokayev  



Xəbər lenti