Narkotik daşıyan PUA zərərsizləşdirilib

Narkotik daşıyan PUA zərərsizləşdirilib
  24 Yanvar 2026    Oxunub:1737
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, yanvar ayının 18-də Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti