Cinayət törədən 64 nəfər tutulub

Cinayət törədən 64 nəfər tutulub
  24 Yanvar 2026    Oxunub:1726
Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti