Ukrayna ilə bağlı yeni danışıqlar gələn həftə baş tuta bilər

Ukrayna ilə bağlı yeni danışıqlar gələn həftə baş tuta bilər
  26 Yanvar 2026    Oxunub:1971
Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların yeni mərhələsi gələn həftə Əbu-Dabidə keçirilə bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Axios" qəzetinin jurnalisti Barak Ravid Ukrayna rəsmiləri arasında olan mənbələrə istinadən "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, üçtərəfli danışıqlar "müsbət və konstruktiv" olub.

Jurnalist bildirib ki, BƏƏ-nin paytaxtında növbəti danışıqlar "gələn həftə keçiriləcək".


Teqlər:



Xəbər lenti