Komitə 17 məscidə imam axtarır

Komitə 17 məscidə imam axtarır
  26 Yanvar 2026    Oxunub:1011
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan edib.
Komitənin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, eyni zamanda, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə 4 məsciddə müsahibə elan edilib.

Müsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər.

Ətraflı məlumat üçün bu linkə keçid edə bilərsiniz.

AzVision.az


Teqlər: DQİDK  



Xəbər lenti