Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib

   Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib
  26 Yanvar 2026    Oxunub:856
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə təbrik məktubu göndərib.
AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: Prezident   təbrik  



Xəbər lenti