Sabahın hava proqnozu
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


