Ötən il 189 mindən çox şəxs işlə təmin edilib

 Ötən il 189 mindən çox şəxs işlə təmin edilib
  27 Yanvar 2026    Oxunub:1209
2025- ci ildə 189 mindən çox vətəndaşımız işlə təmin edilib.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026- cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 16 827 şəxs özünəməşğulluq proqramına cəlb edilib: "Bu proqram 2017-ci ildən 113 mindən çox şəxsi əhatə edib. Vətəndaşlara 32 biznes ideyası üzrə cəhdlər təklif edilir. 2025-ci ildə vətəndaşlara təklif edilən məşğulluq zərflərinin sırasında daha 5-i əlavə edilib".

AzVision.az


Teqlər: İş   Əmək   ƏƏSMN  



Xəbər lenti