Mentorluq inkişaf proqramına cəlb ediləcək şagirdlərin sayı açıqlanıb

Mentorluq inkişaf proqramına cəlb ediləcək şagirdlərin sayı açıqlanıb
  27 Yanvar 2026    Oxunub:1641
80 şagirdə mentorluq inkişaf proqramı üzrə səriştəli və faydalı vətəndaş kimi yetişməsinə yardım göstəriləcək.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026- cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən il 343 min vətəndaş peşəyönümlü məsləhət xidmətindən yararlanıb.

Eyni zamanda 11 regionda 95 min vətəndaş “PeşəFest”ə cəlb edilibedilib: "Hazırda əmək bazarında ən çox tələb olunan 175 prioritet peşə və ixtisas əsas götürülüb. Həmin peşələr agentliyin müxtəlif regionlarda fəaliyyət göstərən peşə hazırlıq mərkəzlərində tədris edilir. Həmçinin əməkdaşlıq etdiyimiz özəl müəssisələri də peşə hazırlığına cəlb edirik".

AzVision.az


Teqlər:



Xəbər lenti