Baş Prokurorluq dəm qazı təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib
Cihazların standartı: Heç bir halda qeyri-standart qaz işlədicilərindən istifadə etməyin.
Texniki baxış: Hər hansı nasazlıq aşkarlanarsa, fərdi müdaxilə etməyin, ixtisaslaşdırılmış müəssisəyə və ya peşəkar ustaya müraciət edin.
Su qızdırıcıları (kombi, ariston, “pyatiminutka”): Bu cihazların qaz təminatı sertifikatlı borularla aparılmalı, tüstü çıxışı (ventilyasiya) mütləq standart ölçülərə uyğun quraşdırılmalıdır.
Baca təmizliyi: Şaxta və baca sistemləri mütəmadi olaraq qurum və digər kənar əşyalardan təmizlənməlidir. Axarlılığın pozulması dəm qazının evə dolmasına birbaşa səbəb olur.
Yerləşmə məkanı: Su qızdırıcısının duş qəbul edilən otaqda (hamamda) olması yolverilməzdir. Əgər cihaz hamamdadırsa, hökmən nəfəslik (pəncərə) olmalı və qapının aşağı hissəsində hava dəlikləri açılmalıdır.
Təhlükəsizlik tövsiyəsi: Fərdi su qızdırıcısı olan evlərdə şəxsin tək olarkən duş qəbul etməsi risklidir. Zəhərlənmə baş verərsə, xilas olmaq üçün kənar şəxsin köməyi zəruri ola bilər.
Məqsədli istifadə: Mətbəx qaz plitələrindən mənzili qızdırmaq üçün istifadə etmək qəti qadağandır.
Hava sorucular (aspirator): Mətbəxdə plitə yandırılan kimi aspirator da işə salınmalıdır. Bu, zəhərli qaz ayrıntılarının məkandan dərhal kənarlaşdırılmasını təmin edir.
Detektor quraşdırın: Mənzillərdə dəm qazı detektorundan istifadə mütləqdir. Bu cihaz həm sızma, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verir və qaz axınını dərhal dayandırır.
Zəhərlənmənin əlamətləri (xəbərdarlıq):
Aşağıdakı hallardan hər hansı biri müşahidə edilərsə, dərhal məkandan çıxmalı və yardım çağırmalısınız:
- Şiddətli baş ağrısı və başgicəllənmə;
- Ümumi zəiflik, ürəkbulanma və qusma;
- Sürətli ürək döyüntüsü və nəfəs darlığı;
- Sinə ağrısı və huşun itirilməsi.
“Unutmayın: Dəm qazı görünməz və təhlükəlidir. Təhlükəsizlik qaydalarına riayət etmək həyatınızı xilas edir.
Bundan başqa, təqdim olunan fotolarda təcrübədə dəm qazı zəhərlənmələrinə ən çox səbəb olan, qeyri-standart və texniki baxımdan ciddi təhlükə mənbəyi olan qaz cihazlarının nümunələri əks olunub. Mənzilinizdə bu cür cihazlar varsa, dərhal mütəxəssis baxışının keçirilməsini təmin etməyi tövsiyə edirik”, - deyə məlumatda vurğulanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


