Bakı və Xırdalanda daha 4 yol tikiləcək
O qeyd edib ki, hazırda bu layihələrdən dördünün (Bilgəh-Novxanı-VAZ dairəsi-Xırdalan-M-4; Akademik Həsən Əliyev-“Koroğlu” metrostandiyası; Xaqani Rüstəmov-Ağa Nemətulla; VAZ dairəsi-M4 Şamaxı yolu) tikintisi icra edilir: “Bu il daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulub (Məhəmməd Xiyabani-Dairəvi-1; M-4-Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə-Ziya Bünyadov).
Yol hərəkətinin yenidən təşkili ilə bağlı ümumilikdə 10-dan çox layihə icra olunur. Yol nişanları və nişanlanma xətləri ilə bağlı da işlər həyata keçirilib. Görülən işlər çərçivəsində 32 000 yol nişanı, 407 ədəd LTP tipli məlumat lövhəsi quraşdırılıb, 1,7 milyon kvadratmetr xətlənmə işləri görülüb. Ümumilikdə yol hərəkəti təhlükəsizliyini artıran 60 layihə icra edilib”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


