Dövlət Agentliyində kollegiya iclası keçirilib

Dövlət Agentliyində kollegiya iclası keçirilib
  31 Yanvar 2026    Oxunub:1989
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası olub.
AzVision.az Dövlət Agentliyinin məlumat ına istinadən xəbər verir ki, qurumun rəisi general-mayor Sərdar Səfərov ötən ilin yekunları ilə bağlı çıxış edib.

Kollegiya iclasında hesabat dövründə agentliyin struktur bölmələri tərəfindən görülmüş işlərə dair məruzələr dinlənilib, 2026-cı ildə agentliyin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası, hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlığının daha da gücləndirilməsi istiqamətində atılmalı olan addımlarla bağlı zəruri tapşırıqlar verilib.



AzVision.az


Teqlər: SOMDA   kollegiya   iclas  



Xəbər lenti