Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq
  31 Yanvar 2026    Oxunub:1964
Sabah ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Eyni zamanda, saat 13:00 üçün məlumata əsasən, ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir. Küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.

AzVision.az


Teqlər: hava   duman   yol  



Xəbər lenti