Gənclər Forumunun 30 illiyi Xankəndidə qeyd olundu

Gənclər Forumunun 30 illiyi Xankəndidə qeyd olundu
  02 Fevral 2026    Oxunub:1948
Azərbaycan Gənclər Forumunun 30 illiyi münasibətilə Xankəndidə qala gecəsi keçirilib.
AzVision.az xəbər verir ki, gecədə Gənclər və İdman Nazirliyinin rəsmiləri, media nümayəndələri, Azərbaycanın müxtəlif regionlarından olan gənclər iştirak edib.

Gecə musiqiçilərin Azərbaycan mahnılarını səsləndirməsi ilə davam edib.

Xatırladaq ki, Azərbaycan gənclərinin ilk forumu 1996-cı il 2 fevral tarixində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Bu tarix sonradan Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.



AzVision.az




Teqlər: Xankəndi   qalagecəsi   AzərbaycanGənclərForumu  



Xəbər lenti