ABŞ daha bir strateji ehtiyat hazırlayır

   ABŞ daha bir strateji ehtiyat hazırlayır
  03 Fevral 2026    Oxunub:1277
Tramp administrasiyası Amerika sənayesinin Çin tədarüklərindən asılılığını azaltmaq üçün təxminən 12 milyard dollar dəyərində kritik minerallardan ibarət strateji ehtiyat yaratmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, Ağ Evdəki mənbəyə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“Layihə “Project Vault” adlandırılıb. Qərar Çinin ABŞ-nin əsas sənaye sahələrinə təzyiq göstərmək üçün tədarük zəncirinin üstünlüyündən istifadə etməsinə cavabdır”, - qəzet yazır.

Layihənin maliyyələşdirilməsinə təqribən 1,67 milyard dollar özəl kapital və ABŞ-nin İxrac-İdxal Bankından (“Ex-Im Bank”) 10 milyard dollar kredit cəlb olunacaq. Strateji ehtiyat avtomobil istehsalçılarından, texnologiya şirkətlərindən və istehsalçılardan, o cümlədən nadir torpaq elementləri, qallium və kobaltdan toplanan materiallardan formalaşacaq.

Mənbənin sözlərinə görə, 10-dan çox şirkət, o cümlədən “General Motors”, “Stellantis” və “Google” artıq layihədə iştirak etməyə razılıq verib. Fevralın 2-də “Ex-Im Bank”ın direktorlar şurası “Project Vault” üçün 15 illik kreditin verilməsi ilə bağlı səsvermə keçirməli idi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   strateji   ehtiyat  



Xəbər lenti