Tehranın Cənnəti yanıb

   Tehranın Cənnəti yanıb
  03 Fevral 2026    Oxunub:1349
İran paytaxtı Tehran şəhərində yerləşən Cənnət bazarında güclü yanğın olub.
Bu barədə Tehran yanğından mühafizə xidmətinin nümayəndəsi Cəlal Maliki SNN telekanalına bildirib. Onun sözlərinə görə, yanğın çoxsaylı köşklərin və ticarət çadırlarının yerləşdiyi təxminən 2000 kvadratmetr sahəni əhatə edib.

Hadisə yerində yanğınsöndürmə avtomobilləri, su sisternləri və oksigen balonları da daxil, lazımi avadanlıqlarla təchiz edilmiş beş yanğınsöndürmə bölməsi işləyir.

Tehran vilayətinin təcili yardım xidmətinin nümayəndəsi Şervin Təbrizi isə öz növbəsində bildirib ki, hadisə yerində bir neçə təcili yardım maşını növbətçilik edir.

AzVision.az


Teqlər:



Xəbər lenti