Ermənistan Mərkəzi Bankı: "Azərbaycandan benzin idxalı qiymətlərə müsbət təsir göstərəcək"

      Ermənistan Mərkəzi Bankı:    "Azərbaycandan benzin idxalı qiymətlərə müsbət təsir göstərəcək"
  03 Fevral 2026    Oxunub:1650
"Azərbaycandan və Azərbaycan vasitəsilə benzin idxalının Ermənistanda yanacaq qiymətlərinə müsbət təsiri yanvar ayının sonunadək özünü göstərəcək".
Bu sözləri Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan mətbuat konfransında dilə gətirib. O bildirib ki, dekabrın 20-dən etibarən ölkəsinə Azərbaycandan göndərilən benzinin əksər payı əsasən keçən ay satılıb:

"Hər halda, belə bir prosesin əsl müsbət təsiri daha geniş kontekstdə – sərhədlərin açılmasında, logistika xərclərinin azaldılmasında üzə çıxacaq".
Ermənistanın baş müfəttişi: "Azərbaycan benzinində keyfiyyət problemi qeydə alınmayıb"

Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana onilliklər ərzində ilk dəfə (Gürcüstan vasitəsilə) 1200 ton neft məhsulu göndərilib. Ötən günlərdə isə Azərbaycandan ikinci partiya: 6100 ton benzin və 1500 ton dizel yanacağı Ermənistana çatdırılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   benzin   qiymət  



Xəbər lenti