Qəddafinin oğlu öldürülüb

   Qəddafinin oğlu öldürülüb
  04 Fevral 2026    Oxunub:1555
Liviyanın keçmiş (1969–2011) dövlət başçısı Müəmmər Qəddafinin oğlu Seyfülislam naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, hadisə Liviyanın qərbində, Seyfülislamın evinin bağında baş verib. Naməlum dörd silahlı şəxs hücum çəkərək onu öldürüb və dərhal uzaqlaşıblar.

53 yaşlı Seyfülislam Liviya Azadlıq Xalq Cəbhəsinin 2016-cı ildən bəri lideri idi. Atası Müəmmər Qəddafinin dövründə o, ölkənin de-fakto baş naziri sayılırdı. Seyfülislam Liviyada cari ilin aprelində keçiriləcək prezident seçkiləri üçün öz namizədliyini irəli sürmüşdü.

Firudin Həmidli
AzVision.az


Teqlər: Liviya   sui-qəsd  



Xəbər lenti