HƏMAS-ın gizli planı üzə çıxıb

   HƏMAS-ın gizli planı üzə çıxıb
  04 Fevral 2026    Oxunub:1315
İsrail mediası HƏMAS-ın Qəzza zolağına faktiki nəzarəti saxlamaq üçün təşkilatın strategiyasını əks etdirən gizli daxili memorandum haqqında məlumat yayıb.
AzVision.az bildirir ki, sənədə əsasən, HƏMAS-ın rəhbərliyinə “heç nə dəyişməyibmiş kimi” hərəkət etmək məsləhət görülür ki, bu da NCAG (Qəzzanın İdarəsi üzrə Milli Komitə) formal şəkildə yalnız nominal gücə malik olduğu halda təşkilata öz təsirini saxlamağa imkan verir.

Qeyddə həmçinin yeni strukturlarla ünsiyyətə ciddi məhdudiyyətlər və şübhə doğura biləcək hər hansı hərəkətin qarşısını almaq üçün göstərişlər yer alıb.

İsrail rəsmiləri məlumatın sızdırılmasını HƏMAS-ın Qəzzaya real nəzarəti saxlamaqla hakimiyyəti yalnız kağız üzərində təhvil vermək niyyətində olduğunun sübutu kimi görürlər.
Xatırladaq ki, NCAG Qəzza zolağının gündəlik mülki idarəçiliyə cavabdeh olan qeyri-siyasi qurumdur. Komitənin tərkibinə onun sədri Əli Şaat və milli səviyyədə Fələstinin 11 tanınmış şəxsi daxildir.

Komitənin işi yanvarın ortalarında Misirin paytaxtı Qahirədə başlayıb. Bu günə qədər komitə Qəzzada faktiki fəaliyyətə başlamayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: HƏMAS   Qəzza   plan  



Xəbər lenti