“Nar” və Azərbaycan Gənclər Fondu “GəncVİZYON” layihəsinə start verir
“ Nar ”ın bu layihəyə əsas tərəfdaş kimi qoşulması şirkətin korporativ sosial məsuliyyət strategiyasının mühüm tərkib hissəsidir. Mobil operator bu kimi təşəbbüslərlə gənclərin cəmiyyətin və ölkənin gələcək inkişafında fəal rol almasını dəstəkləyərək inklüziv və davamlı sosial mühitin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


