Trampı İrana şans verməyə razı salıblar
Mənbələrdən birinin iddiasına görə, Vaşinqton Tehranla danışıqlara “çox şübhə ilə yanaşır”.
- Bizdən xahiş etdilər ki, görüşü gündəmdə saxlayaq və iranlıların dediklərini dinləyək. Ərəblərə dedik ki, əgər onlar israr edirlərsə görüş keçirəcəyik. Amma biz buna çox skeptik yanaşırıq”, - amerikalı məmur deyib.
Digər məmur isə ABŞ-nin regiondakı müttəfiqlərinə “hörmətli yanaşmanı” və diplomatik yolu davam etdirmək üçün bu görüşə razı olduğunu bildirib.
“ABŞ-İran danışıqları əvvəlcə fevralın 6-da Türkiyədə Yaxın Şərq ölkələrindən olan müşahidəçilərin iştirakı ilə planlaşdırılırdı. Lakin Tehran onların Omana köçürülməsini, ikitərəfli olmasını və yalnız nüvə proqramına diqqət yetirilməsini tələb edib”, - portal yazır.
Daha sonra ABŞ-nin Tehranın təklifini rədd edtiyi və ultimatum verdiyi bildirilib: ya əvvəlcədən elan olunmuş şərtlərlə görüş olacaq, ya da danışıqlar aparılmayacaq.
“Axios”un iddiasına görə, bundan sonra İran rəsmiləri görüşün ləğv edildiyini açıqlayıb.
Bununla belə, fevralın 4-ü axşam saatlarında İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə proqramı üzrə danışıqların baş tutacağını bəyan edib. Görüş fevralın 6-da Omanın Maskat şəhərində yerli vaxtla təxminən saat 10:00-da baş tutacaq.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ İran danışıqlar







Vaxtında, Aydın, Lazımlı!


