Makronun müşaviri Moskvada olub

Makronun müşaviri Moskvada olub
  05 Fevral 2026    Oxunub:1545
Fransa prezidenti Emmanuel Makronun diplomatiya məsələləri üzrə müşaviri Emmanuel Bonn Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla görüşmək üçün fevralın 3-də Moskvaya gəlib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Fransanın “L'Express” jurnalı belə məlumat yayıb.

Yelisey sarayı hələlik məsələ ilə bağlı nəşrin məlumatının təsdiqlənməsi barədə sorğuya cavab verməyib.

Makron daha əvvəl Rusiya prezidenti Vladimir Putinlə mümkün qədər tez söhbət etmək niyyətini açıqlamışdı. 2025-ci ilin dekabrında Avropa İttifaqının (Aİ) Brüssel sammitindən sonra Fransa lideri Avropa üçün Rusiya ilə dialoqu bərpa etməyin vaxtı çatdığını bildirmişdi.

Onun fikrincə, avropalılar olmadan Amerika nümayəndələrinin Rusiya ilə nizamlanma şərtlərini müzakirə etdiyi Ukrayna üzrə danışıqların hazırkı formatı “optimal deyil”.

Fevralın 4-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Rusiya və Fransa həqiqətən də işçi səviyyədə qarşılıqlı əlaqədə olsalar da, bu təmaslarda diqqətəlayiq məzmun yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Fransa   görüş  



Xəbər lenti