İran iki tanker ələ keçirib

İran iki tanker ələ keçirib
  05 Fevral 2026    Oxunub:1112
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars adası yaxınlığında Kəngər körfəzində yanacaq qaçaqmalçılığında şübhəli bilinən iki gəminin ələ keçirildiyini açıqlayıb.
AzVision.az İranın dövlət KİV-lərinə istinadən xəbər verir ki, gəmilərin göyərtəsində bir milyon litrdən çox qaçaq yanacaq tapılıb. Əməliyyat zamanı hamısı xarici ölkə vətəndaşı olan 15 ekipaj üzvü saxlanılaraq İranın ədliyyə orqanlarına təhvil verilib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin bəyanatında qeyd edilib ki, saxlanılan gəmilər son bir neçə ay ərzində qeyri-qanuni yanacaq daşınması ilə məşğul olan mütəşəkkil şəbəkənin bir hissəsidir.

Müşahidə və kəşfiyyat vasitəsilə müəyyən edilən gəmilər sonra müsadirə olunub. Əməliyyat Kəngər (İran) körfəzindəki Fars adası yaxınlığında keçirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   tankerlər   saxlanma  



Xəbər lenti