Moskvada generala sui-qəsd olub

Moskvada generala sui-qəsd olub
  06 Fevral 2026    Oxunub:1723
Moskvada naməlum şəxs Volokolamsk şossesində yaşayış binasında Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb.
AzVision.az xəbər verir ki, Rusiyanın İstintaq Komitəsinə istinad edən “İterfaks” nəşrinin məlumatına görə, general hadisə yerindən xəstəxanaya aparılıb.

“Fevralın 6-da hələlik kimliyi müəyyənləşdirilməmiş naməlum şəxs general-leytenant Valdimir Alekseyevə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. General Moskva xəstəxanalarından birinə yerləşdirilib”, - Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko bildirib.

Faktla bağlı adam öldürməyə cəhd və qanunsuz odlu silah dövriyyəsi maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, general-leytenant Vladimir Alekseyev Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisinin birinci müavinidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   general   sui-qəsd  



Xəbər lenti