Misir ordusunun gücü İsraili narahat edir

 Misir ordusunun gücü İsraili narahat edir
  06 Fevral 2026    Oxunub:1695
Misir ordusunun artan qüdrətindən narahat olduğunu bildirən İsrailin baş naziri Binyamin Netanyahu onun “həddindən artıq güclənməsinin” qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
AzVision.az xəbər verir ki, İsrail hökumətinə yaxın olan “İsrael Hayom” qəzeti Knessetin Xarici İşlər və Təhlükəsizlik Komitəsinin mətbuata qapalı iclası haqqında belə məlumat yayıb.

“Misir ordusunun gücü artır və belə vəziyyətin yaxından izlənməsi vacibdir. Bizim Misirlə əlaqələrimiz var, lakin biz onun hərbi gücünün həddindən artıq toplanmasının qarşısını almalıyıq”, - iclasın iştirakçılarına istinad edən qəzet Netanyahunun çıxışından sitat gətirir.

Xəbərdə Netanyahunun açıqlamalarının Misirlə münasibətlərin həssas xarakteri nəzərə alınaraq verildiyi dəqiqləşdirilib. Məlumatda qeyd olunub ki, gərginliyə baxmayaraq, İsrail və Misir dekabr ayında 35 milyard dollarlıq təbii qaz tədarükü müqaviləsi imzalayıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Misir   ordu  



Xəbər lenti