Lavrov: “Rusiyanın Avropa ilə gizli ünsiyyəti var”

      Lavrov:    “Rusiyanın Avropa ilə gizli ünsiyyəti var”
  06 Fevral 2026    Oxunub:2340
Rusiya-Ukrayna münaqişəsinə son qoymağın yollarının müzakirəsi üçün Moskva bir sıra Avropa liderləri ilə gizli əlaqə saxlayır.
AzVision.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Russia Today (RT)” telekanalına müsahibəsində belə deyib.

“Gizlətməyəcəyəm, bizim bəzi Avropa liderləri ilə əlaqələrimiz var. Onlar zəng vururllar və bu söhbətləri ictimailəşdirməməyi xahiş edirlər. Hətta bəziləri bura gəlirlər. Beləliklə, biz gizli əlaqələr saxlayırıq”, - Lavrov bildirib.

Baltikyanı ölkələr Moskva ilə münasibətlərin bərpasına çağırırlar
O, qeyd edib ki, Avropa liderlərinin “belə qapalı, məxfi görüşlər zamanı” verdikləri bəyanatlar onların açıq şəkildə söylədiklərindən heç də fərqlənmir: “Eyni köhnə çağırışlar: gəlin Rusiya-Ukrayna müharibəsini bitirək, nəsə etmək lazımdır”.

Lavrov Avropanın “Rusiyanın strateji məğlubiyyətinə” can atmaqdan ibarət “güzəştsiz mövqe” tutduğunu da diqqətə çatdırıb.

- Onların mövqeyi bundan ibarətdir ki, Ukrayna uduza, Rusiya isə qalib gələ bilməz, əks halda Avropa öz simasını itirəcək. Onların indi etdikləri hər şey bizimlə amerikalılar arasında formalaşmaqda olan danışıqların qarşısını almaq və pozmaqdır, indi Ukrayna nümayəndələri də onlara qoşulur”, - Rusiya diplomatiyasının rəhbəri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Lavrov   Rusiya   Avropa  



Xəbər lenti