Rəşad Mustafayev: "Pensiya artımları üçün illik əlavə olaraq 640 milyon ayrılıb"
Nazir müavini Sərəncamla bütün pensiyaların 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırıldığını qeyd edib.
Bildirib ki, pensiyaların təyinatı kimi, pensiyalarda bu artım da proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, e-sistem üzərindən avtomatik həyata keçirilir. Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


