AMEA: Ramiz Mehdiyev Akademiyanın üzvlüyündə qala bilməz
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.
"Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcək. Akademiyanın kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir", - məlumatda qeyd olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


