BDYPİ təhlükəsizlik tədbirləri ilə bağlı sürücülərə müraciət edib

BDYPİ təhlükəsizlik tədbirləri ilə bağlı sürücülərə müraciət edib
  14 Fevral 2026    Oxunub:1687
Şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axınının artması səbəbindən Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə səfərdən əvvəl təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edir.
AzVision.az xəbər verir ki, BDYPİ-nin yaydığı məlumatda yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamağın vacib olduğu vurğulanır. Bu baxımdan, əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır.

“Hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir. Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir.

Səfər boyunca diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək isə hər bir sürücünün əsas vəzifəsidir”, - məlumatda bildirilir.

AzVision.az


Teqlər: BDYPİ   sürücülər   müraciət  



Xəbər lenti