FHN məlumat yaydı

FHN məlumat yaydı
  24 Aprel 2013    Oxunub:1466
Xilasetmə əməliyyatları nəticəsində paytaxtın Xətai rayonunda 20-yə yaxın insan, Sabunçu rayonunda 130-a yaxın insan xilas olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən subasma ilə bağlı növbəti məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 23-24 aprel 2013-cü il tarixlərində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Xətai və Sabunçu rayonlarında bəzi ərazilər yağış və qrunt suları ilə dolub.

FHN-in Mülki Müdafiə Qoşunları, Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə rayonlarına cəlb olunub. Xilasetmə əməliyyatları nəticəsində paytaxtın Xətai rayonunda 20-yə yaxın insan, Sabunçu rayonunda 130-a yaxın insan xilas olunub.

Qeyd edək ki, Sabunçu rayonunda, təxminən, 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb. Hazırda yağış və qrunt suları ilə dolan ərazilərdə suçəkmə işləri aparılır. Suçəkmə işləri FHN-in Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri tərəfindən həyata keçirilir.


Teqlər:





Xəbər lenti