İşsizlik rekord həddə çatdı

İşsizlik rekord həddə çatdı
  24 Aprel 2013    Oxunub:1412
İspaniyada işsizlik göstəricisi yeni rekord qırıb.
Son hesablamalara görə ölkədə əhalinin 27 faizi, 6 milyondan çox insan iş tapa bilmir. Qeyd edək ki, maliyyə böhranı ilə mübarizə aparan İspaniyada ölkə iqtisadiyyatına daha bir zərbəni də inşaat sektorunun çökməsi vurub.

Milli Statistika institutunun ölkədəki iqtisadi vəziyyətlə bağlı hazırladığı son məruzədə yeni iş yerlərinin açılması ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyi əks olunub. İqtisadi islahatlar nəticəsində işdən çıxarılanların sayında da ciddi artım müşahidə olunur.


Teqlər:





Xəbər lenti