Mayk Uolts: “İranda hakimiyyət dəyişikliyi təhlükəli ola bilər”

      Mayk Uolts:    “İranda hakimiyyət dəyişikliyi təhlükəli ola bilər”
  20 Fevral 2026    Oxunub:1638
İranda hakimiyyət dəyişikliyi məsələsi maksimum ehtiyatlılıq tələb edir.
AzVision.az xəbər verir ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Bu məsələyə son dərəcə ehtiyatla yanaşmaq lazımdır. Çoxlu qruplar var. Onların birləşib uyğun bir variant təklif etməsi ağlabatan olardı. Lakin Tehran illərdir belə bir alternativin yaranmasının qarşısını almağa çalışır və buna görə də çoxlu adam öldürülüb”, - amerikalı diplomat İranın süqutu və ən pis ssenarinin yaşanacağı halda nə baş verəcəyi barədə sualı şərh edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp həmişə tərəfdaşlarına qulaq asır.

- Biz Binyamin Netanyahu ilə danışıqlar aparmışıq. Onun əla məsləhətçilər komandası var və qərarlar qəbul edərkən bütün bu amilləri nəzərə alacaq”, - Mayk Uolts vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İran   hakimiyyət  



Xəbər lenti