Hava nəqliyyatı ilə sərnişindaşıma həcmi artıb

Hava nəqliyyatı ilə sərnişindaşıma həcmi artıb
  21 Fevral 2026    Oxunub:1817
Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 318,1 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata əsasən, bu, ötən ilin eyni ayı ilə müqayisədə 15,1 min sərnişin (5%) çoxdur. 2026-cı ildə hava yolu ilə sərnişin daşımalarının 99,9% dövlət, 0,1% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 28,2% (9,5 min ton) azalaraq 24,2 min ton olub. 2026-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 0,1%-i hava yolu ilə daşınıb.

AzVision.az


Teqlər: sərnişindaşıma   statistika  



Xəbər lenti