Yanvarda 8 milyona yaxın tibbi xidmət göstərilib
Bildirilib ki, yanvar ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 7 727 958 tibbi xidmət göstərilib. Onlardan 1 074 206-sı stasionar, 6 653 752-si ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Müvafiq dövr ərzində 3 426 087 sayda laborator müayinələr aparılıb ki, onların da 568 323-ü stasionar, 2 857 764-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2025-ci il ilə müqayisədə 12% artım qeydə alınıb.
Eyni zamanda ay ərzində 29 284 cərrahi əməliyyat və prosedur (27 935 stasionar, 1 349 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən ilin anoloji dövrü ilə müqayisədə 4% artıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


