Dünyanın ən yaşlı kişisi - FOTO

Dünyanın ən yaşlı kişisi - FOTO
  21 Avqust 2014    Oxunub:2733
Ginnesin Rekordlar Kitabı dünyanın ən yaşlı kişisinin yaponiyalı Sakari Momoi olduğunu rəsmi olaraq təsdiqləyib.
AzVision.az xəbər verir ki, 1903-cü il fevralın 5-i Fukusimada doğulan Sakari ixtisasca müəllimdir. İkinci Dünya müharibəsindən sonra paytaxt Tokioda yaşayan Sakari məktəb müdiri kimi çalışıb. Hazırda 111 yaşı olan S. Momoi daha çox yaşamaq istədiyini bildirib.

O vurğulayıb ki, uzunömürlü olmaq üçün xüsusi səy göstərməyib. 5 uşağı olan Momiyə ayrıca tibb bacısı qulluq edir.
Qeyd edək ki, Yaponiyada kişilər üçün orta yaş həddi 80, qadınlarda isə 86-dır. Hazırda bu ölkədə yaşı 100 –dən çox olan 55 min nəfərə yaxı insan yaşayır. Dünyanın ən yaşlı qadını isə 116 yaşlı, yaponiyalı Misao Okava adlı qadındır.

Fatimə


Teqlər:  





Xəbər lenti