Ermənistanın ikinci prezidenti Rusiyanı talayırmış

Ermənistanın ikinci prezidenti Rusiyanı talayırmış
  25 Aprel 2013    Oxunub:1242
Rusiya və Ermənistanın milyardlarla dollarını mənimsəyən keçmiş prezident barəsində cinayət işi açılıb.
Rusiya Federasiyasının baş prokurorluğu Ermənistanın ikinci prezidenti Robert Koçaryanın cinayət işini araşdırır. Bu barədə Prezident Administrasiyasından "Korrupsiyaya qarşı mübarizə üzrə İctimai Şuraya " ünvanlanmış cavab məktubunda bildirilib.

Məlumata görə, bir müddət əvvəl Rusiyanın ictimai əlaqələrdən məsul "Korrupsiyaya qarşı mübarizə üzrə İctimai Şurası" prezident Vladimir Putinə mək tub göndərin. Məktubda Ermənistanın ikinci prezidenti Robert Koçaryanın qara bizneslə məşğul olması ilə bağlı faktlara sahib olduğunu bildirib. Həmçinin qeyd olunub ki, Koçaryan səlahiyyət müddəti bitdikdən sonra yox, hakimiyyətdə olduğu dövrlərdə qeyri-leqal bizneslə məşğul olub.

Məktubun göndərilməsində məqsəd “Putinin gözünü açmaq, Koçaryanın onun arxasından çirkin işlərlə məşğul olduğunu, öz xalqını çapıb taladığnı, Ermənistan kimi kiçik bir ölkədən milyardlarla dolları mənimsədiyini” çatdırmaqdan ibarət olub.

Xatırladaq ki, "Korrupsiyaya qarşı mübarizə üzrə İctimai Şurası", "Vətən və Şərəf" partiyasının sədri Qarnik Marqaryanı təşəbbüsü ilə yaradılan "Anti-cinayət" mərkəzi ilə əməkdaşlıq edir. Onu da qeyd edək ki, Marqaryan Koçaryan ailəsinin Ermənistan və Rusiyada mənsub olduğu bütün şirkətlər barədə rusiyalı həmkarlarına məlumat verib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti