Peyk görüntülərinə görə, kompleksdə aktivlik olduqca aşağıdır. Yeraltı zənginləşdirmə salonlarına giriş nöqtələri təmir edilməyib. İşçi heyətin giriş qapıları tamamilə dağıdılmış, nəqliyyat vasitələrinin girişləri isə ağır zədələnmiş halda qalmaqdadır. Əsas və ehtiyat enerji sistemləri ilə yanaşı, havalandırma (HVAC) sistemləri də sıradan çıxmış vəziyyətdədir.
Külüngqazan dağı
Natanz kompleksinin cənubunda yerləşən Külüngqazan dağı yeraltı obyektində nəqliyyat vasitələrinin hərəkəti müşahidə olunub. Qərb tunelinin girişinə aparan yollardakı bu aktivlik tunelin daxilində tikintinin və giriş hissəsinin möhkəmləndirilməsi işlərinin davam etdiyini göstərir.
Hallbuki ABŞ ilə İran arasında imzalanmış Anlaşma Memorandumuna (MOU) əsasən, Tehran mövcud status-kvonu qorumalıdır. Bu qayda Külüngqazan dağı da daxil olmaqla, hər hansı nüvə obyekti tərəfində tikinti işlərinin aparılmasını qadağan edir.
Şərq tunel portallarının qarşısı torpaq qalaqları ilə qismən örtülü qalıb. Bu addımın quru nəqliyyatının əraziyə sürətli giriş-çıxışının qarşısını almaq məqsədilə atıldığı ehtimal edilir.
Fordo
İran mayın 10-dan 18-dək tunel girişlərinə aparan yollarda torpaq və qayalardan ibarət təpəciklər yerləşdirərək passiv müdafiə tədbirlərini gücləndirib. Bu da obyektin tamamilə bağlanmasını deyil, avtomobillərin sürətli giriş-çıxışını əngəlləmək məqsədi daşıyır.
İyunun 21-nə olan peyk görüntüləri bu maneələrin və tunellərdəki torpaq qalaqlarının toxunulmaz qaldığını göstərir.
İsfahan
2026-cı il iyunun 29-na olan məlumata görə, İsfahandakı obyektdə heç bir hərəkətlilik qeydə alınmayıb. Tunelin girişləri torpaq qalaqları ilə qapalı vəziyyətdə qalmaqdadır.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


