Məşhur `öpüşən cütlük` kimdir? - Fotonun tarixçəsi

Məşhur `öpüşən cütlük` kimdir? - Fotonun tarixçəsi
  26 Avqust 2014    Oxunub:40084
Bakının mərkəzində, hamının “Tarqovı” deyə tanıdığı Nizami küçəsində gənc oğlanın sevdiyi xanımı öpərək ona evlilik təklifi etməsi sosial şəbəkələrdə günün mövzusuna çevrilib.

Azərbaycanda ilk dəfə idi ki, bir bəy sevdiyi xanımı hamının gözü önündə öpüb şəkil çəkdirir və bunu ictimailəşdirirdi.

Sözsüz ki, bu görüntülər hamı tərəfindən alqışla qarşılanmadı. Bunun ayıb, milli mentalitetə zidd hərəkət olduğunu düşünənlər də az deyildi.

Sözügedən fotonun müəllifi Ayxan Salahov AzVision.az-a açıqlamasında bildirib ki, fotonun insanlar tərəfindən bəyəniləcəyi əvvəldən bəlli idi.

Fotonun əsas qəhrəmanları Sergey və Samira adlı cütlükdür.

“Sergeylə Samiranın fotosunu həm müsbət, həm də mənfi qiymətləndirənlər oldu. Hər kəsin öz düşüncəsi var, amma etikadan kənara çıxmaq olmaz. Peşman deyiləm, əksinə, şadam ki, hər kəs bu gün məndən danışır. Mən öz bildiyimi etdim. Bəyənənlərin çox olacağını gözləyirdim və bu da oldu”.

Filosof Niyazi Mehdi isə hesab edir ki, hər kəsin bu görüntünü normal qarşılamamaq haqqı var, amma bu o demək deyil ki, başqsının seçiminə müdaxilə etmək olar.

“Bu fotodakı görüntünü ayıb saymıram. Müasir dünyada bu, geniş yayılan bir şeydir və Azərbaycanda da qaçılmazdır. Amma bir məsələ var. Kimsə pis baxırsa, onda həmin fotoya baxmasın. O adamların haqqı var ki, öz sevgilərini o cür bildirsinlər, kimin xoşuna gəlmirsə, üzünü çevirsin. Mən özümçün aydınlaşdırmamışam, bəlkə də mənim də xoşuma gəlməzdi?! Amma bu odemək deyil ki, onlara yol vermək lazım deyil. Bizdə adətən nəyisə bəyənməməklə, onun haqqına qarışmağı qarışdırırlar-deyə filosof qeyd edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti