Akopyan həbs edildi

Akopyan həbs edildi
  25 Aprel 2013    Oxunub:1437
O, rəis işlədiyi dövrdə müştərilərinə 20 kiloqram heroin qarışığı satıb.
Moskvada Rusiya Federasiyası Dövlətnarkonəzarət komitəsinin operativ əməliyyat və axtarış departamentinin narkotik cinayətkarlığına qarşı mübarizə idarəsinin rəisi, milliyyətcə erməni Hrant Akopyan həbs edilib.

Bu barədə Rusiyanın İstintaq Komitəsinin saytı xəbər yayıb. İstintaqın qənaətinə görə Akopyan 2010- 2011-ci illərdə idarə rəisi işləyərkən, yaxın xarici ölkələrin vətəndaşlarına narkotiklər satmaqla məşğul olub. Narkopolis əməkdaşları tanış məhkuların yardımı ilə ona müştərilər tapırmışlar.

Bu münvalla , o, müştərilərinə 20 kiloqram heroin qarışığı sata bilib.

Müstəntiqlər öyrəniblər ki, o, narkotikləri müştərilərinə satandan sonra onları tutdurur və bununla da iz itirməyə və öz iş göstəricilərin artırmağa çalışırmış.

Səbinə Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti