Leyla Əliyeva film çəkir
Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır. Azərbaycanlı Əlixan Şirvanşirin rolunu isə aktyor Adam Bakri canlandıracaq. Onun sonuncu işi olan "Ömər" filmi "Ən yaxşı xarici film" nominasiyasında bir sıra nüfuzlu mükafatlara layiq görülüb.
Qeyd edək ki, ilk dəfə 1937-ci ildə Berlində "Qurban Səid" adı altında çap olunan roman minlərlə oxucunun ürəyini fəth edib və dünyanın 33 dilinə tərcümə olunub. Əli və Ninonun sevgi hekayəsi Birinci Dünya Müharibəsindən öncəki dövrdə Bakıda, Gürcüstanda və İranda baş verib.
Məlumat üçün bildirək ki, filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
AzVision.az