Yeltsinin qızı Avstriya vətəndaşlığı aldı

Yeltsinin qızı Avstriya vətəndaşlığı aldı
  26 Aprel 2013    Oxunub:4076
Rusiyanın birinci prezidenti Boris Yeltsinin qızı Tatyana Yumaşeva Avstriya vətəndaşlığı alıb. Bu barədə Avstriyanın “News” jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, Tatyananın həyat yoldaşı yaşayış yeri kimi Vyana yaxınlığındakı Vinden Amze şəhərciyini göstərib. Tatyana və qızları da bu şəhərcikdə qeydiyyatdadırlar.

Yeltsinin qızının Avstriya vətəndaşlığı almasında “Magna Steyer” avtokonserninin sahibi Günter Apfalterin də xidmətləri böyük olub. Belə ki, Yumaşevanın Avstriyadakı acvtomobil sənayesinin işkişafında göstərdiyi xidmətləri xatırladan Apfalter bununla bağlı iqtisadi inkişaf nazirinə məktub da yazıb.

Qeyd edək ki, Tatyana Yumaşeva 1996-99-cu illərdə Rusiya prezidentinin köməkçisi postunda çalışıb. Hazırda Boris Yeltsin adına fondun rəhbəri və böyük tikinti şirkətinin sahibəsidir.



Teqlər:





Xəbər lenti