Markus Löninq BMT-də Almaniyada irqçiliyin yayılması ilə bağlı ittiham olundu

Markus Löninq BMT-də Almaniyada irqçiliyin yayılması ilə bağlı ittiham olundu
  26 Aprel 2013    Oxunub:1511
Bu ölkənin təmsilçiləri Azərbaycana görə də itihamlar eşidiblər
BMT-nin İnsan Hüquqları Şurasının dünən Cenevrədə baş tutan iclasındə Markus Löninqin başçılıq etdiyi Almaniyanın nümayəndə heyəti BMT-nin üzvü olan 100-ə qədər ölkənin sərt suallarına cavab verməli olub.

Almaniya dövlət orqanları beynəlxalq ictimaiyyətə ən uğurlu və qabaqcıl ölkələrdən biri olaraq insan hüquqların necə qoruduqlarını izah etməli idilər.

Universal dövri icmal BMT-nin İnsan Hüquqları Şurasının yeni və unikal mexanizmidir. Bu cür iclaslar BMT-yə üzv olan 193 ölkənin hər birində insan hüquqlarının qorunmasının yoxlanılması məqsədilə hər 4 il yarımdan bir keçirilir (42 dövlət hər il 3 sessiya dövründə gözdən keçirilir). Bu 3 sessiya adətən yanvar-fevral, may-iyun və oktyabr-noyabr aylarında keçirilir. Hər iclasın nəticəsi dövlətlərə verilən məsləhətlərlə bir yerdə xüsusi “yekun sənəd”də qeyd edilir.

Alman nümayəndə heyəti üçün 25 aprel “qara cümə axşamı” oldu. 97 ölkənin nümayəndələri 3,5 saat ərzində almanları gərginlik içində qalmağa vadar ediblər.

BMT-nin insan hüquqlarının qorunması üzrə türkiyəli nümayəndəsi Oğuz Demiralp öz çıxışında qeyd edib ki, xarici vətəndaşlara qarşı düşmənçilik Almaniyada yaşayan 3 milyon türkə ciddi təhlükə yaradır. Türkiyə bu vəziyyətin dəyişməsini gözləyir.

Löninq buna əvvəlcədən hazırlanmış cavablarını verərək deyib ki, guya Almaniya əlindən gələni edəcək ki, nasistlərin törətdiyi cinayətlər heç vaxt təkrarlanmasın. Ancaq hüquq müdafiəçisi ölkəsinin hərəkətlərinə görə Türkiyə və BMT-dən üzr istəyib.

Rusiya nümayəndə heyətinin başçısı da Almaniyanı irqçilikdə günahlandırıb və Almaniyada yaşayan rus vətəndaşlara görə narahat olduğunu bildirib.

Nikaraqua nümayəndə heyətinin başçısı isə kasıbçılıq probleminə toxunaraq, Almaniyada minlərlə sahibsiz uşağın olduğunu qeyd edib.

Almaniyanı tənqid edənlərin arasında Şimali Koreya, Kuba, Belarus, Səudiyyə Ərəbistanı və Pakistan da olublar.

Səsləndirilən iradları nəzərə alaraq, BMT-nin İnsan Hüquqları Şurası gələn həftə Almaniyaya öz tövsiyələrini verəcək. Merkel höküməti isə çətin seçim qarşısındadır - BMT-yə qulaq asmaq, və ya öz mövqeyində qalmaq?

Almaniya təmsilçiləri Azərbaycana görə də tənqid olunublar. Məsələn, Böyük Vətən Müharibəsi zamanı 60 000 vətəndaşını itirən Azərbaycan Almaniya tərəfindən hələ də üzr, peşmançılıq və kompensasiya görməyib. Bildiyimiz kimi, Azərbaycan prezidenti bu il Böyük Vətən Müharibəsi iştirakçılarına, onların ailələrinə, həmçinin orden və medal alan şəxslərə 9 milyon məbləğində birdəfəlik kömək ayırıb. Almaniya hakimiyyəti üçün isə bu məbləğ nəyə görəsə, fantastik sayılır.

Almaniyada yaşayan rus veteranlarının isə bəxti heç gətirməyib. Yerli hökumət veteranların sosial yardımından 150-300 avro pul çıxır.

Qeyd etmək lazımdır ki, Böyük Vətən Müharibəsinin bitməsindən sonra uzun illər ərzində Almaniya höküməti Holokost qurbanlarına iri məbləğdə təzminat verirdi. İndi isə Almaniyada yaşayan və yəhudi dininə etiqad edən rus təqaüdçülər əksinə, alman büdcəsinə “təqaüd təzminatı” ödəyirlər.

Cenevrədə təqdim olunan Milli məruzəsində, görünür, Almaniya höküməti ümid edib ki, digər ölkələr qocalığını vətəndən kənarda, dünyanın ən tox və demokratik ölkəsi olan Almaniyada keçirmək istəyən qocalarının hansı vəziyyətdə yaşadığı ilə maraqlanmayacaqlar, ona görə də bu faktlar haqqında susub. Belə də oldu...

Harri Murrey
Almaniya İnsan Hüquqları Liqasının Köln Bölməsinin rəhbəri


Teqlər:  





Xəbər lenti