Fransada işsizlik rekord həddə çatdı

Fransada işsizlik rekord həddə çatdı
  26 Aprel 2013    Oxunub:1569
Dövlət başçısı probleminin aradan qalxacağına söz verib
Bu ilin martında rəsmi olaraq qeydə alınan işsizlərin sayı 3 milyon 224 min nəfər təşkil edib. Bu isə bu ilin fevralına nisbətən 37 min nəfər çoxdur.

Ölkədə işsizliyin səviyyəsi artıq 23-cü aydır ki, durmadan artır və artıq 11,5 %-ə çatıb.

Artıq həmkarlar ittifaqlarının liderləri yeni statistikaya reaksiya da veriblər. Onlar hadisələrin bu cür cərəyan etməsində hakimiyyəti ittiham edərək onun vaxt itirdiyini bildiriblər.

Dövlət başçısı isə bütün bu hadisələrin fonunda nikbinliyini qoruyub saxlayaraq ilin sonuna kimi işsizlik probleminin aradan qaldırılacağına söz verib.

Səbinə Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti