Respublika stadionu xərcə düşdü - 400 min manat

Respublika stadionu xərcə düşdü - 400 min manat
  08 Sentyabr 2014    Oxunub:1678
Tofiq Bəhramov adına Respublika stadionuna döşənəcək hazır ot örtüyünün qiyməti müəyyənləşib.
Mərkəzi arenadakı örtüyün dəyişdirilməsi 400 min avroya başa gələcək.

“Xalı” Hollandiyadan xüsusi soyuducuya yerləşdirilərək, Bakıya gətiriləcək. Ot örtüyünün dəyişdirilmə prosesi sentyabrın 18-dək yekunlaşacaq. Həmin gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk turunda Fransa “Sent Etyen”ini mərkəzi arenada qəbul edəcək. Matç saat 21:00-da başlanacaq.

Qeyd edək ki, Respublika stadionunun hazırkı ot örtüyü yayda havaların isti keçməsi ilə əlaqədar yararsız vəziyyətə düşüb (sportnet.az).


Teqlər:





Xəbər lenti